Spiker: Ermənistan parlamentinin 22 deputatının mandatı ləğv edilməyəcək

Armen Çarçyan

© APA | Armen Çarçyan

# 23 yanvar 2023 14:08 (UTC +04:00)

Ermənistanın Baş prokuroru müxalifətçi deputat Armen Çarçyanın barəsində cinayət işi açılması ilə bağlı parlamentə müraciət edib.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Çarçyan 2017-ci il 8 fevralında xüsusi ağır cinayət işi ilə bağlı məhkəmə-tibbi ekspertizasının saxta rəyinə imza atmaqda ittiham olunub.

Paralel olaraq, parlamentin spikeri Alen Simonyan 22 müxalif deputatın mandatının ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməyəcəyini vurğulayıb.

O, bu addımı müxalif deputatların parlamentin iclaslarında iştirakını bərpa etməsi ilə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR