SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov vəfat edib

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov vəfat edib
# 31 avqust 2022 00:24 (UTC +04:00)

Sovet İttifaqının ilk və son prezidenti Mixail Qorbaçov vəfat edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Mərkəzi Kliniki Xəstəxanadan bildirilib.

Qeyd olunub ki, Qorbaçov 92 yaşında dünyasını dəyişib.

"Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib", - deyə Mərkəzi Klinik Xəstəxanadan bildirilib.

Mixail Qorbaçov böyrək çatışmazlığından əziyyət çəkirdi.

O, 15 mart 1990 – 25 dekabr 1991-ci illərdə Sovet İttifaqının ilk və son prezidenti olub. O həmçinin Sov.İKP MK-nın sonuncu Baş katibi və SSRİ Ali Sovetinin Sədri olub.

Qorbaçov Azərbaycanda 1990-cı ilin 20 Yanvar faciəsinin əsas təşkilatçısı hesab olunur. Məhz onun əmri ilə Sovet Ordusu Bakıya daxil olaraq dinc insanları qətlə yetirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR