Tacikistan və Böyük Britaniya diplomatları Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

Tacikistan və Böyük Britaniya diplomatları Əfqanıstandakı vəziyyəti müzakirə ediblər
# 31 mart 2023 22:56 (UTC +04:00)

Londonda Tacikistan xarici işlər nazirinin müavini Şərəf Şeralizoda və Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Leo Doçerti əməkdaşlıq haqqında idarələrarası sənəd imzalayıblar.

Bu barədə APA-ya Tacikistan XİN-ə istinadən məlumat verilib.

Dialoq zamanı tərəflər siyasət və iqtisadiyyat, investisiya və biznes, təhsil və mədəniyyət, su və iqlim, terrorizm və ekstremizm kimi təhlükəsizlik çağırışları və təhdidləri, habelə narkotiklərlə mübarizə sahələrində ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə ediblər.

Görüşdə Əfqanıstandakı vəziyyət və sərhədlərin möhkəmləndirilməsinin zəruriliyi mövzularına toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR