Tacikistan və Qırğızıstan sərhədçiləri arasında atışma olub

Tacikistan və Qırğızıstan sərhədçiləri arasında atışma olub
# 03 iyun 2022 13:06 (UTC +04:00)

Tacikistan və Qırğızıstan sərhədçiləri arasında atışma olub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidmətinin mətbuat xidməti açıqlama yayıb.

Qırğızıstan tərəfi Batken rayonunun Bulaq-Başı adlı ərazisində tacikistanlı sərhədçilərin dövlət sərhədini pozduğunu bildirib.

Tərəflər arasında atışma zamanı Tacikistan tərəfinin minaatanlardan istifadə etdiyi də qeyd olunub.

Hadisə zamanı Qırğızıstan sərhədçiləri arasında 1 nəfərin yaralandığı açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR