Tokayev: “Bütün regionlarda konstitusion qayda bərpa olunub”

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 07 yanvar 2022 10:01 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin bütün regionlarında konstitusion qaydanın əsasən bərpa olunduğunu bəyan edib.

APA-nın xəbərinə görə, Prezident Antiterror Qərargahının yanvarın 7-də keçirilmiş iclasının yekunları ilə bağlı bildirib ki, yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir.

"Antiterror əməliyyatı başlayıb. Asayiş qüvvələri gərgin iş aparır. Konstitusion qayda əsasən, ölkənin bütün regionlarında bərpa olunub, yerli hakimiyyət orqanları vəziyyətə nəzarət redir. Terrorçular hələ də silah tətbiq edir, vətəndaşların əmlakına ziyan vurur. Buna görə də antiterror aksiyalarını yaraqlılar tam məhv edilənədək davam etdirmək lazımdır”, - Prezident vurğulayıb.

İclasda daxili işlər və müdafiə naziri vəzifəsini icra edənlər, həmçinin Milli Təhlükəsizlik Komitəsinin sədri də çıxış edib.

“Güc strukturlarının rəhbərləri Prezidentə məruz edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı birləşmələrinin bölmələri Qazaxıstana gəlməyə başlayıb. Bu qüvvələr məhdud müddətə gəlib, onlar əsasən, strateji obyektlərin mühafizəsini yerinə yetirəcək”, - Prezidentin mətbuat xidmətindən bildirilib.

Tokayev ölkədə vəziyyətin sabitləşməsi üçün tədbirlər görülməsi barədə göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR