Tokayev Qırğızıstana işgüzar səfərə gedib

Tokayev Qırğızıstana işgüzar səfərə gedib
# 02 iyun 2023 10:34 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qırğızıstana işgüzar səfərə gedib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan lideri Çolpon-Ata şəhərində keçiriləcək Mərkəzi Asiya-Avropa İttifaqının ikinci sammitində iştirak edəcək.

Sammitdə Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri ilə yanaşı, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nurmuhammet Amannepesov və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR