Türkmənistanda parlament seçkilərində səsvermə başlayıb

Türkmənistanda parlament seçkilərində səsvermə başlayıb
# 26 mart 2023 07:05 (UTC +04:00)

Bazar günü Türkmənistanda 7-ci çağırış Milli Məclisin (parlament) deputatlarının, həmçinin vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarə orqanlarının üzvlərinin seçkiləri başlayıb.

APA-nın məlumatına görə, yerli vaxtla saat 07:00-da ölkə üzrə 2 602 seçki məntəqəsi açılıb.

Səsvermə saat 19:00-a kimi davam edəcək. Türkmənistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyası ənənəvi olaraq ilkin nəticələri səsvermənin ertəsi günü, yekun nəticələri isə seçkilərdən 7 gündən gec olmayaraq açıqlayır.

Türkmənistanda keçirilən parlament seçkilərində ölkənin hər üç siyasi partiyası və vətəndaşların təşəbbüs qrupları iştirak edir. Ümumilikdə ölkə vətəndaşları Məclisə 125 deputat seçəcəklər. Qeydə alınmış namizədlərin sayı 258 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR