Volodin: “Gürcüstan parlamentində və “Rustavi 2”-də baş verənlər bir zəncirin halqalarıdır”

Volodin: “Gürcüstan parlamentində və “Rustavi 2”-də baş verənlər bir zəncirin halqalarıdır”
# 08 iyul 2019 13:56 (UTC +04:00)

“Gürcüstanda vəziyyət pisləşməkdə davam edir. Vəziyyətin qeyri-stabilləşməsi Gürcüstanda mövcud hakimiyyəti devirmək istəyən radikal qüvvələrə lazımdır".

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

“Məlumdur ki, bir müddət əvvəl Gürcüstan parlamentində və “Rustavi 2” telekanalında baş verənlər bir zəncirin halqalarıdır. Görürük ki, gərginlik olacaq və bundan sonra da radikal qruplar, onların Qərbdəki kuratorları tərəfindən vəziyyət daha da gərginləşdiriləcək. Onlar ancaq bu dalğada hakimiyyətə gəlməyə ümid edirlər”, - deyə V. Volodin qeyd edib.

Qeyd edək ki, ötən gecə “Rustavi 2” telekanalının aparıcısı Giorgi Qabunia aparıcısı olduğu verilişdə Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib. Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia yayımının dayandırıldığını bəyan edib. Bu gün səhər saat 07:30-də telekanal yayımını bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR