Yaponiya səfiri Rusiya XİN-ə çağırılıb

Yaponiya səfiri Rusiya XİN-ə çağırılıb
# 09 iyun 2023 15:04 (UTC +04:00)

Yaponiyanın Rusiyadakı səfiri Yaponiya hökumətinin Ukraynaya hərbi texnikanın çatdırılmasına başlamaq qərarı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Yaponiyanın Ukraynaya hərbi texnika tədarük etmək qərarı Kiyev rejiminin insan itkilərinin sayının eskalasiyasına və daha da artmasına gətirib çıxarır. Yaponiyanın Ukraynaya hərbi texnika tədarük etmək qərarı Rusiya ilə münasibətləri daha da təhlükəli çıxılmaz vəziyyətə salır və bu, nəticəsiz qalmayacaq", - deyə Rusiya XİN-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR