Zaxarova: Liz Trassın Baş nazir seçilməsi Britaniya demokratiyasının böhranıdır

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 07 sentyabr 2022 10:22 (UTC +04:00)

Liz Trassın Böyük Britaniyanın Baş naziri təyin edilməsi Britaniya demokratiyasının böhranının təzühürüdür.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu TASS-a müsahibəsində Şərq İqtisadi Forumu (EEF) çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Əgər mağaza sahibləri vitrini bu şəkildə bəzəyirsə, onda onlar hesab edirlər ki, bu, bu gün üçün çeşidlər arasında ən yaxşısıdır. Ola bilsin ki, problem Britaniya demokratiyasının böhranındadır, çünki bu "nəticənin" britaniyalıların seçimi ilə heç bir əlaqəsi yoxdur, çünki dolayı seçkilər sistemi anqlo-sakson duetində üstünlük təşkil edir. Bəzən özünə sual verirsən: çoxlu əhalisi və uzun demokratik ənənələri olan ölkələrdə hakimiyyətin müxtəlif qollarını adekvat, peşəkar və ağıllı şəkildə təmsil edəcək insanlar həqiqətən yoxdurmu? Bəlkə də bu, sadəcə olaraq, birbaşa seçkilərin olmaması və onların demokratiyanı təsvir etməsində olan böhran problemidir”, - rusiyalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR