Almatıda anbar yanıb

Almatıda anbar yanıb
# 18 iyul 2019 14:05 (UTC +04:00)

Qazaxıstanın Almatı şəhərində yerləşən anbarda yanğın olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Almatı şəhərinin Fövqəladə Hallar üzrə Departamentinin rəsmi nümayəndəsi Sanduqaş Baymuxambetov bildirib ki, yanğın zamanı ölən və yaralanan olmayıb.

Boya və lak məmulatlarının saxlanıldığı anbarda baş verən yanğının söndürülməsinə 67 nəfər şəxsi heyət, 27 texnika cəlb olunub. Yanğın 450 kvadrat metr ərazini əhatə edib.

Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR