İranda baş vermiş avtoqəzada 15 nəfər həyatını itirib

İranda baş vermiş avtoqəzada 15 nəfər həyatını itirib
  • Clock-gray 22:06
  • calendar-gray 21 Sentyabr 2019

İranın Gülüstan əyalətində mikroavtobus yük maşını ilə toqquşub. 15 nəfər həlak olub.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün Gülüstan əyalətinin Günbəd Kavus - İncə Burun magistral yolunda baş verib.

Hadisə nəticəsində mikroavtobusda olan 15 sərnişin həyatını itirib. Qəzadan sonra mikroavtobusda yanğın da meydana gəlib və sərnişinlərin hamısı yanaraq həlak olub. Hadisənin baş verməsinə səbəb kimi mikroavtobusun sürücüsünün yuxulu olması və qarşıdan gələn yük maşının yoluna çıxması göstərilir. 

Sərnişinlərin kimliyini müəyyənləşdirmək üçün ekspertiza təyin olunub.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date