Rusiyada partlayış baş verən hərbi hissəyə yaxın kəndin sakinlərinə evlərini tərk etmək tapşırılıb

Rusiyada partlayış baş verən hərbi hissəyə yaxın kəndin sakinlərinə evlərini tərk etmək tapşırılıb
# 13 avqust 2019 19:13 (UTC +04:00)

Rusiyanın Arxangelsk vilayətində partlayış baş verən hərbi hissəyə yaxın Nyonoksa kəndinin sakinlərinə evlərini tərk etmək tapşırılıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Severodvinsk icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Kseniya Yudina deyib.

Mətbuat katibi bildirib ki, ərazidə keçirilməsi planlaşdırılan hərbi tədbirlərlə əlaqədar olaraq kənd sakinləri avqustun 14-ü səhər saatlarından başlayaraq normal rejimdə evlərini tərk etmək barədə məlumatlandırılıb.

Qeyd edək ki, yerli “portal.29” saytı kənd sakinlərinin 14 avqust səhər saatlarında təcili köçürüləcəyi ilə bağlı xəbər yayaraq bildirib ki, sakinlərin daşınması ilə əlaqədar Nyonoksa stansiyasına xüsusi qatar göndərilib.

Xatırladaq ki, ötən həftə kəndə yaxın yerləşən hərbi hissədə partlayış olub. Partlayışda beş nəfər həlak olub və üç nəfər xəsarət alıb.

Dövlət nüvə şirkəti Rosatom partlayışın maye yanacaqdan istifadə edən raket mühərrikin sınaqdan keçərilərkən baş verdiyini bildirib.

Rosatom mühəndisləri və texniki komandanın raketin mühəriki üçün "isotoplu enerji mənbəyi" üzərində işlədiyini bildirib.

Qeyd edək ki, Rusiya donanmasının demək olar ki, istifadə etdiyi bütün raket sistemləri, o cümlədən anti-təyyarə raketləri, qanadlı raket sistemləri və qitələrarası ballistik raketlər Nyonoksada sınaqdan keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR