Tbilisi aeroportunda Ermənistan vətəndaşından 1 kq-dan çox qızıl götürülüb

Tbilisi aeroportunda Ermənistan vətəndaşından 1 kq-dan çox qızıl götürülüb
  • Clock-gray 14:36
  • calendar-gray 23 Sentyabr 2019

Tbilisi hava limanında Ermənistan vətəndaşından 1 kq-dan çox qızıl-zinət əşyası götürülüb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. 

Bildirilib ki, qurumun əməkdaşları Ermənistan vətəndaşı A. Q-nın əl yükünə baxış keçirərkən dəyəri 153 916.26 lari (88 min 508.34 manat) olan 1 kq-dan çox qızıl-zinət əşyası aşkarlayıblar.  

Faktla bağlı araşdırmalara başlanılıb.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date