Azərbaycan Dövlət Kukla Teatrı dünya teatrlarının İranda keçiriləcək beynəlxalq festivalında iştirak edəcək

Azərbaycan Dövlət Kukla Teatrı dünya teatrlarının İranda keçiriləcək beynəlxalq festivalında iştirak edəcək
# 20 iyun 2008 11:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Kukla Teatrı dünya teatrlarının İranda keçiriləcək beynəlxalq festivalında Azərbaycanı təmsil edəcək. Teatrın quruluşçu rejissoru Elşad Rəhimzadə APA-ya açıqlamasında festivalda Andersonun “Qırmızı papaq” tamaşasını nümayiş etdirəcəklərini bildirib. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, bəstəkarı Cahangir Zülfüqarov, rəssamı Lətifə Quluzadədir. Rolları İqbal Əliyev, Hökumə Əbdülrəhimova, Səadət Novruzova, Teymur Ömərov və başqaları ifa edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR