UNESCO-nun təşəbbüsü ilə 2008-ci il Beynəlxalq Dillər İli elan edilib

UNESCO-nun təşəbbüsü ilə 2008-ci il Beynəlxalq Dillər İli elan edilib
# 02 iyul 2008 16:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. UNESCO-nun təşəbbüsü ilə 2008-ci il Beynəlxalq Dillər İli elan edilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, bu gün Yakutsk şəhərində öz işinə başlayan “Kibernetik məkanda dil və mədəniyyət müxtəlifliyi” mövzusunda beynəlxalq konfrans 2008-ci il - Beynəlxalq Dillər İli çərçivəsində keçirilir. Konfransda 4 MDB dövlətinin (Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya Federasiyası), habelə Belçika, Braziliya, Kanada, Mali, Niderland, Yeni Zelandiya, ABŞ, Finlandiya, Fransa, Cənubi Koreya, Yaponiyanın və digər ölkələrin nümayəndələri iştirak edirlər. Bundan başqa, konfransa UNESCO-nun Moskva Bürosunun məsləhətçisi Marius Lukoşunas və UNESCO Baş direktorunun məsləhətçisi Henrix Yuşkəviçus dəvət olunublar. Bu gün Hökumət evinin “Respublika” zalında konfransın açılışı və plenar iclası təşkil olunub. Konfransın açılışında UNESCO-nun baş direktoru K. Matsuranın, Saxa Respublikasının prezidenti V. Ştirovun təbrik məktubları oxunub. Konfransın açılışında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin bölmə müdiri L. Məmmədova “Azərbaycan: mədəni simbioz və ənənə müxtəlifliyi” məruzəsi ilə çıxış edib. Məruzəçi müstəqil Azərbaycan Respublikasının milli-mədəni siyasətindən geniş məlumat verib və əhalinin mentaliteti digər xalqların, millətlərin mədəniyyətlərinə tolerantlıq münasibəti şəraitində formalaşdığını qeyd edib. Konfrans iştirakçılarına Azərbaycanla bağlı müxtəlif kitablar paylanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR