ABŞ-da Azərbaycan bəstəkarının diskinin təqdimatı keçiriləcək

Bakı. Zaur Nurməmmədov APA. Hollandiyada yaşayan tanınmış caz ifaçısı və bəstəkar, milliyyətcə azərbaycanlı olan Əminə Fiqarova “Above the Clouds” adlı yeni albom buraxıb. Ə. Fiqarovanın APA-ya verdiyi məlumata görə, sentyabrda Hollandiyada, oktyabrda isə ABŞ-da yeni albomun rəsmi təqdimatı keçiriləcək. Aprel-iyun aylarında Ə. Fiqarova Kanada və ABŞ turnesi çərçivəsində 18 konsert verib.
Qeyd edək ki, Ə.Fiqarova 1990-cı ildən Hollandiyada yaşayır. Onun ilk albomu 1994-cü ildə işıq üzü görüb. İndiyədək sənətçi 10-dan çox albom buraxıb.
Qeyd edək ki, Ə.Fiqarova 1990-cı ildən Hollandiyada yaşayır. Onun ilk albomu 1994-cü ildə işıq üzü görüb. İndiyədək sənətçi 10-dan çox albom buraxıb.
Mədəniyyət siyasəti

III Sevil Beynəlxalq Film Festivalının mətbuat konfransı keçirilib - FOTO

Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin edilib

Dövlət Xidməti Qarabəy Karvansarayı ilə bağlı məsələyə aydınlıq gətirib
