Bakı şəhərində yerləşən muzeylərin iş rejimində dəyişiklik edilib

Bakı şəhərində yerləşən muzeylərin iş rejimində dəyişiklik edilib
# 07 avqust 2008 13:05 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sərəncamına əsasən əhalinin bütün təbəqələrinin, xüsusilə də turistlərin Bakı şəhərində yerləşən və nazirliyin tabeçiliyində olan beş aparıcı muzeyin ekspozisiyaları ilə tanışlıq imkanlarının genişləndirilməsi məqsədilə muzeylərin iş rejimində dəyişiklik edilib. Bu barədə APA-ya nazirliyin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Bu il avqustun 15-dən noyabrın 1-dək Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan İstiqlal Muzeyinin ekspozisiya və kütləvi şöbələri hər gün saat 10.00-dan 19.00-dək, istirahət və bayram günləri isə saat 10.00-dan 20.00-dək fəaliyyət göstərəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR