Vyana Şəhər Kitabxanasında “Azərbaycan ədəbiyyatı” guşəsi yaradılacaq

Vyana Şəhər Kitabxanasında “Azərbaycan ədəbiyyatı” guşəsi yaradılacaq
# 19 avqust 2008 13:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Avstriyanın Vyana Şəhər Kitabxanasında “Azərbaycan ədəbiyyatı” guşəsi yaradılacaq. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, sözügedən guşə üçün zəngin kitab kolleksiyası artıq sözügedən kitabxanaya göndərilib. Kolleksiyaya Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, ədəbiyyatı, Heydər Əliyev, Azərbaycan-Ermənistan münaqişəsi haqqında Azərbaycan, rus, ingilis, alman dillərində kitab və elektron nəşrlər, habelə uşaq ədəbiyyatı daxil edilib. Materialların arasında “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Heydər Əliyev və mədəniyyət”, “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi”, “Zodçestvo Kavkazskoy Albanii”, “Erməni saxtakarlığı”, “Les Monumente West D’Azerbaidjan D’ouest”, “Khocaly. Martyrs and Witnesses”, “Armenian terror”, “Azərbaycan geyim mədəniyyəti tarixi”, “Schubumkehr! Armenische Mythomanie und die Wahrheit Documentation”, “Türk xalqları ədəbiyyatı”, “Azərbaycan publisistikası antologiyası” kitabları da var. Məlumatda bildirilib ki, guşənin açılışı sentyabrın ortalarında olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR