Almaniyada Azərbaycanın maddi-mədəniyyət nümunələrindən ibarət sərgi təşkil olunacaq

Bakı. Ülkər Qasımova - APA. Bu ilin avqustundan noyabrınadək Almaniyada Azərbaycan İli çərçivəsində Berlin Etnologiya Muzeyində, noyabrdan 2009-cu ilin martınadək isə Drezden Etnologiya Muzeyində Azərbaycanın maddi-mədəniyyət nümunələrindən ibarət sərgi təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya deyib ki, sərgidə Dövlət İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Dövlət Teatr Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, “Şirvanşahlar Sarayı-kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir şəhərinin tarixi muzeylərindən eksponatlar nümayiş etdiriləcək.
Sərgidə Azərbaycanda aparılmış arxeoloji qazıntılar zamanı tapılmış və əvəzsiz tarixi-mədəni dəyər kəsb edən eksponatlar, eramızın XIII əsrinə aid edilən müxtəlif ölçülü daş kitabələr, UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilən muğam sənətinin əsas alətləri – tar, kaman, qaval, habelə zurna, ney, qoşanağara kimi xalq musiqi alətləri də göstəriləcək. “Azərbaycan – Odlar Yurdu” adı altında keçiriləcək sərgidə qədim əlyazmalar, miniatür, dekorativ tətbiqi və təsviri sənət əsərlərlə yanaşı klassik Azərbaycan poeziyasının korifeylərinin də əsərləri nümayiş olunacaq.
Sərginin açılış mərasimi avqustun 26-da Berlin Etnologiya Muzeyində olacaq. Bu günlərdə isə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti sərgidə iştirak etmək üçün Berlinə yola düşəcək.

Mədəniyyət siyasəti

Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Fəxri Xiyabanda xatirə tədbiri keçirilib - FOTO

III Sevil Beynəlxalq Film Festivalının mətbuat konfransı keçirilib - FOTO

Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin edilib