Tehranda Novruz bayramının Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ilə əlaqədar iclas keçirilib

Tehranda Novruz bayramının Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ilə əlaqədar iclas keçirilib
# 01 sentyabr 2008 13:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Novruz bayramının Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ilə əlaqədar Tehran şəhərində Novruz bayramını qeyd edən ölkələrin ikinci əlaqələndirici iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, iclasda Azərbaycan, İran, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistanın nümayəndələri iştirak ediblər. Toplantıda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev və Nizami adına Azərbaycan Milli Ədəbiyyat muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şəfəq Əlibəyli təmsil ediblər. Müzakirələr nəticəsində 7 ölkənin Novruz Beynəlmiləl Faylı razılaşdırılıb və əlavə ediləcək videofilm və foto şəkillər hazırlanıb. Sənədlərdə və foto-video materiallarda bütün ölkələr bərabər səviyyədə təmsil olunurlar. Sənəddə yalnız Novruz bayramını xarakterizə edən və bütün ölkələr üçün müştərək olan cəhətlər saxlanılıb. Qeyd edilən sənədlər və foto-video materiallar sentyabr ayının ortalarına kimi hər bir ölkəyə göndəriləcək və rəsmi razılıq məktubu əldə edildikdən sonra sentyabr ayının 30-dək UNESCO-ya təqdim ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR