Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri başlayıb

Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri başlayıb
# 04 oktyabr 2008 09:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri başlayıb. Bununla əlaqədar Tatarıstanın baş nazirinin müavini, mədəniyyət naziri Ziliya Valayevanın rəhbərliyi ilə 60 nəfərlik nümayəndə heyəti Bakıya gəlib.
APA-nın məlumatına görə, bu gün nümayəndə heyəti və Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fəxri Xiyabanda Heydər Əliyev, xanımı Zərifə Əliyevanın məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.
Qeyd edək ki, Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri çərçivəsində bu gün M.F.Axundov adına Milli Kitabxanada tədbir keçiriləcək. Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşün və mətbuat konfransının, Muzey Mərkəzində «Tatarıstanın müasir incəsənəti» adlı sərginin keçirilməsi nəzərdə tutulub. Bu gün axşam isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Tatarıstanın incəsənət ustaları konsert proqramı ilə təntənəli açılış mərasimi keçiriləcək. Oktyabrın 5-də incəsənət ustalarının Mərdəkanda konsert keçirməsi planlaşdırılır. Oktyabrın 6-dək həmçinin nümayəndə heyətinin muzeylərə ekskursiyaları və şəhər gəzintisi təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR