“Prezident İlham Əliyev və mədəniyyət” toplusunun təqdimatı keçirilib

“Prezident İlham Əliyev və mədəniyyət” toplusunun təqdimatı keçirilib
# 10 oktyabr 2008 10:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə prezident İlham Əliyevin son beş il ərzində mədəniyyət sahəsindəki fəaliyyətini, bu sahədə yenilikləri əks etdirən “Prezident İlham Əliyev və mədəniyyət” adlı iki cildlik toplunun təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihənin rəhbəri və baş məsləhətçisi olduğunu bildirib: “Azərbaycan prezidenti İlham Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı apardığı məqsədyönlü siyasət bu topluda öz əksini tapıb. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, milli ənənələrin qorunub saxlanılmasında prezidentimizin böyük rolu var”.
Qeyd edək ki, kitabın tərtibçiləri Lətifə Məmmədova və Mayıl Əhmədov, elmi məsləhətçiləri Teymur Əhmədov və Əli Eyvazovdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR