Gənc dirijor Əyyub Quliyev Yunanıstanda keçiriləcək beynəlxalq simfonik musiqi festivalına qatılacaq

Gənc dirijor Əyyub Quliyev Yunanıstanda keçiriləcək beynəlxalq simfonik musiqi festivalına qatılacaq
# 20 oktyabr 2008 14:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Noyabrın 3-dən 10-dək Yunanıstanın paytaxtı Afina şəhərində Beynəlxalq simfonik musiqi festivalı keçiriləcək. Festivalın təşkilatçıları Afinanın Dövlət Simfonik orkestri “Colours” və Yunanıstanın Mədəniyyət Nazirliyidir. Bu mötəbər musiqi forumunda Azərbaycanı ilk dəfə olaraq beynəlxalq müsabiqələr laureatı, gənc dirijor Əyyub Quliyev təmsil edəcək. Ə. Quliyev APA-ya bildirib ki, festivala dünyanın müxtəlif ölkələrindən - ABŞ, Braziliya, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Polşa, Latviya, Sinqapur ve Koreyadan dirijorlar dəvət alıblar. Festival çərçivəsində keçiriləcək konsertlərdə Ə. Quliyev Yunanıstanın ən məşhur musiqi kollektivlərindən biri olan “Colours” simfonik orkestrinə rəhbərlik edəcək. Konsert proqramlarında XIX və XX əsrlərin dahi bəstəkarlarının simfonik əsərləri səslənəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR