Türkiyədə “Ağrı dağı əfsanəsi" adlı mədəniyyət və incəsənət günləri keçirilib

Türkiyədə “Ağrı dağı əfsanəsi" adlı mədəniyyət və incəsənət günləri keçirilib
# 31 oktyabr 2008 07:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin Ağrı vilayətində “Ağrı dağı əfsanəsi" adlı mədəniyyət və incəsənət günləri keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, tədbirlər çərçivəsində Ağrı şəhərində TÜRKSOY-un rəsm sərgisi açılıb və sərgidə türkdilli dövlətlərin rəssamlarının 20 rəsm əsəri nümayiş etdirilib. Sərgidə Azərbaycan rəssamları Məmmədhüseyn Hüseynovun “Neft boruları” və Rəşad Mehdiyevin “Çanaqqala düşüncələri” adlı rəsm əsərləri də sərgilənib. Mədəniyyət və incəsənət günlərində TÜRKSOY tərəfindən dəvət edilmiş Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı zəngin konsert proqramı ilə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR