Ceyhun Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Ceyhun Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
# 18 noyabr 2008 13:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Muzey Mərkəzində kinorejissor və kinoaktyor Ceyhun Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev C. Mirzəyevin Azərbaycan kino tarixində özünəməxsus yer tutduğunu deyib. O bildirib ki, aktyor kimi 20-dən artıq filmdə oynayan C. Mirzəyev canlandırdığı hər bir obrazla yaddaşlara həkk olunub.

Kinoşünas Aydın Kazımzadə isə C. Mirzəyevin ömrünün son anına kimi həyatını milli kinomuzun inkişafına həsr etdiyini söyləyib: “Hələ tələbəlik illərində o, rejissor köməkçisi, rejissor assistenti işləyib, 1985-ci ildə rejissor Vaqif Mustafayevlə birgə “Bəyin oğurlanması” kinokomediyasını çəkib. “İşarəni dənizdən gözləyin” bədii filmi ilk müstəqil işidir. Məşhur “Fəryad” filmi onun sonuncu kino əsəridir”. Kinoşunas xatırladıb ki, C. Mirzəyev ölümündən sonra “Fəryad” filminə görə bir sıra mükafatlara layiq görülüb.

Tədbir çərçivəsində Muzey Mərkəzinin foyesində C. Mirzəyevin həyat və yaradıclığını əks etdirən fotoşəkillər nümayiş olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR