Beynəlxalq Moskva Kinofestivalında Azərbaycan və Almaniyanın müştərək filmi də nümayiş etdiriləcək

Beynəlxalq Moskva Kinofestivalında Azərbaycan və Almaniyanın müştərək filmi də nümayiş etdiriləcək
# 19 iyun 2008 09:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Beynəlxalq Moskva Kinofestivalı başlayıb. APA-nın məlumatına görə, festivalda Azərbaycan və Almaniyanın müştərək filmi olan “Absurdistan” da nümayiş olunacaq. Alman rejissoru Veit Helmerin quruluş verdiyi filmin çəkilişləri Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndində aparılıb. Filmdə Azərbaycanın xalq artisti Rəşid Behbudovun ifasında “Küçələrə su səpmişəm” mahnısından da istifadə edilib. Filmin ssenari müəllifləri Qoran Mixiç və Zaza Buadzedir. Film dəfələrlə beynəlxalq festivallarda nümayiş olunub. Moskva kinofestivalı iyunun 27-nə kimi davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR