Anar Kərimov: “Tarixi eksponatların ermənilər tərəfindən daşınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediləcək”

Anar Kərimov: “Tarixi eksponatların ermənilər tərəfindən daşınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediləcək”
  • Clock-gray 12:49
  • calendar-gray 16 Noyabr 2020

“Azərbaycana məxsus maddi-mənəvi mirasın, tarixi eksponatların ermənilər tərəfindən daşınmasını qətiyyətlə pisləyirik, bu, bir daha ermənilərin vəhşi xislətinin göstəricidir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

O bildirib ki, hər bir maddi-mədəni abidə Azərbaycana məxsusdur: “Çünki bu, Azərbaycan ərazisində olan dəyərdir. Bu mülkiyyətin qeyri-qanuni olaraq Azərbaycandan çıxarılması beynəlxalq hüquq normalarına ziddir, eyni zamanda bəşəri dəyərlər də hörmətsizlikdir. Biz bunu qətiyyətlə pisləyirik. Bununla əlaqədar olaraq beynəlxalq təşkilatlara,  xüsusilə UNESCO-ya müraciətlər olunub. Bundan sonra da bu iş davam etdiriləcək. Biz hesab edirik ki, bu əməllərə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət verilməlidir. Çünki Azərbaycanda olan mədəni miras mənşəyindən asılı olmayaraq, istər xristian, istər alban mirası olsun, ya da ki, erməni mirası olsun, Azərbaycanın mülkiyyətidir və ölkədən çıxarılması qeyri-qanunidir. Bildiyiniz kimi UNESCO-nun 1970-ci il konvensiyasına görə mədəni mülkiyyətin qeyri-qanuni olaraq ölkədən çıxarılması konvensiyasındakı müddəaların icra edilməsi ilə bağlı hökumətlərarası komitə mövcuddur. Həmin komitədə bundan sonra da məsələ qaldıracağıq ki, ermənilərin bu addımına hüquqi qiymət verilsin”.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər