Bəstəkarlar İttifaqında Qara Qarayevə həsr olunmuş konfrans keçirilib

Bəstəkarlar İttifaqında Qara Qarayevə həsr olunmuş konfrans keçirilib
  • Clock-gray 16:38
  • calendar-gray 05 Fevral 2020

Fevralın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) dahi bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 102-ci ilinə həsr edilən konfrans  keçirilib.

APA-nın məlumatına görə, ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadə çxış edərək əvvəlcə Fəxri Xiyabanda onun məzarının ziyarət edildiyini bildirib: "Sonra Qara Qarayevin Ev Muzeyində olduq və onun xatirəsini bir daha yad etdik. Bunların hamısı onun əziz xatirəsinə həsr olunan tədbirlərdir. Bu o demək deyil ki, biz dahi bəstəkarı yalnız fevralın 5-i - anadan olduğu gün və mayın 13-ü - vəfatı günü yad edirik, xeyr, o, bizim qəlbimizdə hər zaman yaşayır. Qara Qarayev musiqisi təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində səsləndirilir",-deyə F. Əlizadə qeyd edib.

Sonra ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova "Qara Qarayev haqqında nəşr olunan yeni kitablar" mövzusunda çıxış edib: "Azərbaycan musiqişünasları onun yaradıcılığına hər zaman maraq göstərib, onun yaradıcılığına dəfələrlə müraciət edib, onun haqqında monoqrafiya, dissertasiyalar yazıblar. Təsadüfi deyil ki, Azərbaycan musiqşünaslığında qarayevşünaslıq adlı bir qol yaranıb".

Konfrans "Qara Qarayevin estetik baxışları", "Xatirələrlə yaşayan dahi sənətkar", "Qara Qarayevin pedaqoji prinsipləri" mövzusunda çıxışlarla davam edib.

Daha sonra Xalq artisti Gülnaz İsmayılovanın ifasında dahi bəstəkarın "Gürcüstan təpələrində" və "Mən sizi sevirdim" romansları dinlənilib, piano üçün 2 prelüdü, violin və piano üçün sonatası səsləndirilib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date