Nazir Sumqayıtda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Nazir Sumqayıtda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
# 31 yanvar 2020 17:05 (UTC +04:00)

Mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 31-də vətəndaşların qəbulu ilə bağlı gəldiyi Sumqayıt şəhərində bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Ə. Qarayev ilk olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla birgə Heydər Əliyev Mərkəzinin foyesində Sumqayıt Regional Mədəniyyət İdarəsinin nəzdində yaradılmış “Mədəniyyət könüllüləri” dəstəsinin təqdimatında iştirak edib.

Mərasimdə çıxış edən nazir bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təşkilində gənclərdən ibarət könüllülər də fəal iştirak edirlər. Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan olunub.

Nazir həmçinin Heydər Əliyev Mərkəzində tərtibatçı-rəssam Ramin Allahverdiyevin əl işlərindən ibarət sərgi ilə tanış olub. Sərgidə fərqli formatda hazırlanan geniş çeşidli suvenirlər nümayiş etdirilir.

Ə. Qarayev daha sonra Sumqayıt şəhərində yerləşən bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub. Nazir 2019-cu ildə açılışı keçirilən “Nizami” kinoteatrında olub. Ə. Qarayev Sumqayıt Bulvarı ərazisində yerləşən Muğam Mərkəzinin fəaliyyəti və Bayraq Muzeyi ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR