Türk Dünyası Film Festivalı təxirə salınıb

Türk Dünyası Film Festivalı təxirə salınıb
  • Clock-gray 17:43
  • calendar-gray 05 İyun 2020

Yeddi Türk Dövləti və Muxtar Respublikasının birgə təşkilatçılığı ilə 2020-ci ildə keçirilməsi planlaşdırılan Türk Dünyası Film Festivalı təxirə salınıb.

APA-nın xəbərinə görə, festivalın 2021-ci ildə keçirilməsinə qərar verilib. Buna səbəb dünya miqyasında problemə çevrilmiş koronavirus pandemiyasıdır.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası və daha bir neçə türkdilli muxtariyyətin film mütəxəssislərinin İstanbulda keçirilən toplantısında festivalın 2020-ci ildə keçirilməsinə qərar verilib. Bununla bağlı Təşkilat Komitəsi yaradılıb.

apa-logo-mini

Digər xəbərlər