VI Türk Dünyası Sənədli Film Festivalı keçiriləcək

VI Türk Dünyası Sənədli Film Festivalı keçiriləcək
# 22 may 2020 11:39 (UTC +04:00)

Türkiyədə VI Türk Dünyası Sənədli Film Festivalı keçiriləcək.

APA xəbər verir ki, bu barədə Türk Dünyası Jurnalistlər Federasiyası və festivalın təşkilat komitəsinin sədri Menderes Dəmir bildirib.

Onun sözlərinə görə, professional və tələbə kateqoriyalarında keçiriləcək festivalın builki mövzusu “Türk mədəniyyəti və türkün dünyaya baxış bucağı” olacaq.

“Tədbirdə Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Azərbaycan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Macarıstan, Makedoniya ilə yanaşı, Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Tuva, Yakutiya, Dağıstan və Xakasiyadan təmsilçilər iştirak edəcəklər. Festivalda qalib gələn film 9 müxtəlif ölkədə nümayiş olunacaq. Tədbirə qatılmaq üçün son müraciət tarixi avqustun 30-dur”.

Qeyd edək ki, tədbirlə bağlı bütün məlumatlar http://www.turkbelgesel.com/ saytında yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR