“ArtCamp Shusha” adlı beynəlxalq layihənin iştirakçıları Şuşanı ziyarət edib

“ArtCamp Shusha” adlı beynəlxalq layihədə iştirak edən rəssamlar

© APA | “ArtCamp Shusha” adlı beynəlxalq layihədə iştirak edən rəssamlar

# 15 iyul 2022 18:18 (UTC +04:00)

“ArtCamp Shusha” adlı beynəlxalq layihədə iştirak edən rəssamlar Şuşa şəhərini ziyarət edib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, ölkəmizdə səfərdə olan İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən olan xarici rəssamlar ilə yanaşı, Rəşad Mehdiyev, Anar Hüseynzadə, Butunay Haqverdiyev, Günel Ravilova və Vüsalə Ağarazıyeva kimi yerli rəssamlar 12-13 iyul tarixlərində Şuşa şəhərini ziyarət edərək burada mövcud olan tarixi abidələrimiz və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Bakıya qayıdan rəssamlar Şuşa barədə təəssüratlarını tərənnüm edən rəsm əsərlərini yaratmağa artıq başlayıb. Bu rəsm əsərlərinin cari ayda təşkil olunacaq sərgidə nümayiş etdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR