“Avropa körpüləri” fotosərgisi açılıb - FOTO

“Avropa körpüləri” fotosərgisi açılıb  - FOTO
# 09 mart 2022 20:06 (UTC +04:00)

FantazEU Mədəni İrs Festivalı çərçivəsində “Avropa körpüləri” adlı fotosərginin açılışı olub.

APA-nın xəbərinə görə, sərgidə çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, bu sərgi festivalın bir hissəsidir.

O deyib ki, festivalın məqsədi Avropa mədəni irsini təbliğ etməkdir: "Bu festival Azərbaycan və Aİ arasında güclü tərəfdaşlığının inkişafına töhfə verir, Avropa və Azərbaycan mədəniyyətləri arasında körpü yaradır. Biz mədəni körpülərinin qurulmasının vacibliyinə, qarşılıqlı anlaşmanın vacibliyinə inanırıq. Körpülər insanları birləşdirməyə xidmət edir".

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri həmçinin Ukraynada baş verənlərə toxunub. O bildirib ki, xüsusilə indiki dövrdə Avropa qitəsində hücuma məruz qalan Ukrayna, bu ölkədə baş verənlər kədərlidir. "Biz Ukrayna xalqı ilə həmrəyliyimizi ifadə edirik", o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR