Azad olunmuş ərazilərdəki abidələrin bərpası üçün yol xəritəsi hazırlanıb

Azad Cəfərli

© APA | Azad Cəfərli

# 07 yanvar 2022 15:29 (UTC +04:00)

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində sənədləşdirmə işlərinin təşkili haqqında 26 iyul 2021-ci il tarixli 82 nömrəli Sərəncamına əsasən Mədəniyyət Nazirliyi və digər dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya yaradılıb".

APA-nın məlumatına görə, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

O bildirib ki, komissiyada təmsil olunan dövlət orqanları tərəfindən işğaldan azad edilmiş ərazilərdə tikinti işləri üçün torpaq sahələrinin istifadəyə, habelə icarəyə verilməsi ilə bağlı zəruri sənədlərin vaxtında rəsmiləşdirilməsi məqsədilə həmin torpaq sahələrinə yerində birgə baxış keçirilib və baxışın nəticəsinə uyğun olaraq müvafiq rəy təqdim olunub: “Dövlət Xidmətinin təşəbbüsü ilə arxeoloji abidələrin qorunmasının təmin edilməsi məqsədilə bu layihələrin icrası nəzərdə tutulan ərazilərdə operativ tədqiqat işlərinin aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloqları da cəlb edilib. Azad olunmuş ərazilərdə şəhərsalma və infrastruktur fəaliyyəti zamanı mədəni irs nümunələrinin qorunması məqsədilə obyektlərin (yarımstansiyalar, dəmir yol və avtomobil xətləri, su anbarları və s.) tikintisi planlaşdırılan ərazilərə baxış keçirilib və müvafiq rəylər hazırlanaraq aidiyyəti orqanlara göndərilib".

A. Cəfərli vurğulayıb ki, işğaldan azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar yol xəritəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub: "İnfrastruktur layihələrinin icrası zamanı işğaldan azad edilmiş rayonlarda yerləşən abidələrin, tarixi-memarlıq və arxeoloji əlamət daşıyan obyektlərin qorunması, qabaqlayıcı mühafizə tədbirlərinin təmin edilməsi məqsədilə elektron xəritələr tərtib edilib və aidiyyəti orqanlara təqdim olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR