"Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı konfrans keçirilib - FOTO

"Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı konfrans keçirilib - FOTO
# 20 sentyabr 2022 13:20 (UTC +04:00)

"Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

APA xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət nazirinin müavini Elnur Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin sədri Rəhman Hacıyev, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, həmçinin beynəlxalq ekspertlər, qurum və təşkilatların nümayəndələri iştirak edib.

Mədəniyyət naziri Anar Kərimov hazırda Azərbaycanın Qarabağa dönüşünü, oradakı quruculuq işlərini diqqətə çatdırıb: "Bu gün Azərbaycan dövləti qarşısında ərazilərin dirçəldilməsi kimi müqəddəs vəzifə durur. Ən önəmli prosesdən biri də mədəniyyətin dirçəldilməsi, adət-ənənələrin həmin torpaqlara qaytarılmasıdır".

Anar Kərimov yaradıcı sənayelərin iqtisadiyyata tövfəsi məsələsinə də toxunub: "2030-cu il üçün prioritet sahələrdən biri də yaradıcı sənayelərdir. Ən vacib məqsədlərimizdən biri yaradıcı sənayelərə özəl sektor tərəfindən investisiya cəlb etmək, vergi güzəştlərinin göstərilməsidir".

Daha sonra Milli Məclisin Komitə sədri Qənirə Paşayeva, İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev və beynəlxalq ekspertlər fikir mübadiləsi aparıblar.

Tədbir panel müzakirələrlə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR