Bakıda Gürcüstanın mədəniyyət xadimləri ilə görüş keçirilib - FOTO - VİDEO

Bakıda Gürcüstanın mədəniyyət xadimləri ilə görüş

© APA | Bakıda Gürcüstanın mədəniyyət xadimləri ilə görüş

# 14 aprel 2022 17:58 (UTC +04:00)

Gürcüstanın tanınmış mədəniyyət xadimləri, türkoloq va ekoloqlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

APA xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyat nazirinin müavini Sevda Məmmədəliyeva və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli nümayəndə heyəti ilə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qonaqları salamlayaraq "Şuşa ili" və onun incəsənət baxımından önəmli tərəflərini vurğulayıb: "Ümumiyyətlə, Şuşa və onun mədəni tərəfi Azərbaycan üçün çox ciddi əhəmiyyətə malikdir. Hörmətli Fərhad müəllim də şuşalıdır, Şuşa həm də Üzeyir Hacıbəylinin Vətənidir".

Nazir müavini sabah qonaqların Şuşaya səfərini də diqqətə çatdırıb.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli isə hər iki ölkənin qədim tarixə və zəngin mədəni irsə sahib olduğu, birgə mədəni tədbirlərin təşkilinin iki ölkə arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadığı qeyd edib.

Daha sonra həm Gürcüstan, həm də Azərbaycan musiqi və mədəniyyətina dair çıxışlar olub.

Qeyd edək ki, "Şuşa ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə 2022-ci il ərzində bir sıra respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili, həmçinin müxtəlif sənət sahələri üzrə xarici ölkələrin nümayəndə heyətlərinin işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa şəhərinə səfəri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR