Canəli Əkbərovun xatirə gecəsi keçirilib - FOTO

Canəli Əkbərovun xatirə gecəsi

© APA | Canəli Əkbərovun xatirə gecəsi

# 09 mart 2022 19:59 (UTC +04:00)

Bu gün Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, görkəmli xanəndə Canəli Əkbərovun xatirə gecəsi keçirilib.

APA-nın xəbərinə görə, ilk olaraq ekranda Canəli Əkbərovun ifası yer alan video nümayiş olunub.
Tədbirin aparıcısı, Əməkdar artist Azad Şükürov Canəli Əkbərovun Azərbaycan musiqisində tutduğu yerdən danışıb. O qeyd edib ki, xanəndə öz həyatını Azərbaycan musiqisinin inkişafına həsr edən sənətkarlardandır.

Gecədə xanəndələr Teyyub Aslanov, Gülyaz Məmmədova, Ruzə İbişova, Bəsti Sevdiyeva və Mələkxanım Əyyubova çıxış edib.

Mərhum sənətkarın vaxtilə ifa etdiyi “Ay qəşəng ceyran” mahnısı, “Bayatı şiraz”, “Mahur”, “Şahnaz” təsnifləri, "Leyli və Məcnun" operasından görüş, "Aşıq Qərib" operasından ayrılıq səhnələri ifa olunub.

Qeyd edək ki, tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR