Dövlət teatrlarının aktyorlarına çalışmanın yaş həddinin şamil olunmaması istənilir

Dövlət teatrlarının aktyorlarına çalışmanın yaş həddinin şamil olunmaması istənilir
# 03 mart 2023 14:08 (UTC +04:00)

Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin dövlət teatrlarının aktyor truppasında olan artistlərə də şamil edilməməsi təklif olunur.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, insanların mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququnun daha səmərəli təmin edilməsinin əhəmiyyətini, xüsusi xidmətləri olan və 65 yaşı tamam olmuş aktyorların zəngin təcrübəsinin gənc aktyorlara ötürülməsində, habelə müvafiq sahədə peşəkarlıq səviyyəsinin artırılmasında xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinin dövlət teatrlarının aktyor truppasında olan artistlərə də şamil edilməsi təklif olunur.

Qeyd edək ki, Əmək Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR