Dünya İrsi Gənc Peşəkarlar Forumu iştirakçılarına sertifikatlar təqdim olunub

Dünya İrsi Gənc Peşəkarlar Forumu iştirakçılarına sertifikatlar təqdim olunub
# 01 iyul 2019 17:40 (UTC +04:00)

Dünya İrsi Gənc Peşəkarlar Forumu iştirakçılarına sertifikatlar təqdim olunub.

APA-nın məlumatına görə, təqdimetmə mərasimində UNESCO baş direktorunun müavini Ernesto Ottone çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, gənc peşəkarlar üçün yaradılan şərait, forumun uğurla keçirilməsi barədə fikirlərini bölüşüb və mədəni irsin qorunmasında gənclərin rolunu xüsusi vurğulayıb.

Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev forumun iştirakçılarına təşəkkürünü bildirib: "Gənc Peşəkarlar Forumu təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır və bu, gənclərin gələcək fəaliyyəti üçün çox önəmlidir".

Sonda Gənc Peşəkarlar Forumunun iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.

Qeyd edək ki, iyunun 24-dən Bakıda Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Dünya İrsi Gənc Peşəkarlar Forumu keçirilir. İyulun 2-dək davam edəcək forum ərzində müxtəlif ölkələrdən gənc mütəxəssislər qarşılıqlı fikir mübadiləsi aparır, ölkəmizin tarixi məkanlarına səfər edərək bu məkanların qorunma sistemi ilə tanış olurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR