Əqli mülkiyyətlə bağlı məhkəmələrdə 54 iş qaldırılıb

Əqli mülkiyyətlə bağlı məhkəmələrdə 54 iş qaldırılıb
# 23 dekabr 2021 18:10 (UTC +04:00)

“2021-ci il ərzində Agentliyin nümayəndələri əqli mülkiyyət obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 54 iş üzrə (onlardan 46-sı sənaye mülkiyyəti obyektləri, 8-i isə müəllif hüquqları ilə bağlı) 160-dan çox məhkəmə iclasında iştirak edib, hər bir iş üzrə ekspert rəyi hazırlanıb məhkəməyə təqdim edilib”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən bildirilib.

Agentlikdə, həmçinin, əqli mülkiyyət obyektlərinin hüquqi qorunmasının təmin edilməsi, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülür: “Pozulmuş müəlliflik hüquqlarının bərpa olunmasına köməklik edilməsi barədə müəllif hüquq sahiblərinin daxil olan müraciətlərinə baxır və səlahiyyətləri çərçivəsində köməklik göstərilir.

Pozulmuş müəlliflik hüquqları ilə əlaqədar Agentliyə daxil olmuş yazılı müraciət müvafiq qaydada araşdırılır. Bu məqsədlə hüquq sahibindən əsərin və plagiat halı ehtimal edilən əsərin nüsxələrinin Agentliyə təqdim olunması istənilir, onların müqayisəli ekspertizası keçirilir və nəticə etibarı ilə plagiat elementlərinin aşkar olub-olmaması barədə rəy hazırlanır. Həmin rəy müəllif və ya hüquq sahibinə təqdim edilir. Eyni zamanda, plagiatçılıqda təqsirləndirilən tərəf Agentliyə dəvət edilir, hüquq sahibinin müraciəti barədə məlumatlandırılır. Bir çox hallarda, bu məsələlər qarşılıqlı anlaşma formasında həll edilir və pozulmuş hüquqlar bərpa olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR