Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı olub - VİDEO

Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı olub - VİDEO
# 27 iyun 2019 12:06 (UTC +04:00)

Bu gün I Fəxri Xiyabanda görkəmli aktyor, rejissor, peşəkar teatr sənətinin banilərindən biri Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, sənətkarın ailə üzvləri iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev Hüseyn Ərəblinskinin yaradıcılığından danışıb. Nazir bildirib ki, teatr sənətinə adını qızıl hərflərlə yazdırmış Ərəblinski kimi şəxsiyyətlər heç zaman unudulmayacaq: "Hüseyn Ərəblinskinin vəfatından 100 il keçir. Belə bir təşəbbüs irəli sürüldü ki, onun adına layiq heykəl hazırlansın. Bu heykəlin qoyulmasında məqsəd Ərəblinskinin nə qədər dahi insan olduğunu bir daha göstərməkdir".

Qəbirüstü abidənin müəllifi Xalq rəssamı Ömər Eldarovdur.

Abidə Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə Mədəniyyət Nazirliyi sifarişi əsasında hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR