III Sevil Beynəlxalq Film Festivalının mətbuat konfransı keçirilib - FOTO

III Sevil Beynəlxalq Film Festivalının mətbuat konfransı keçirilib - FOTO
# 12 avqust 2022 16:30 (UTC +04:00)

III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının mətbuat konfransı keçirilib.

APA xəbər verir ki, mətbuat konfransında festivalın Media və kommunikasiya meneceri Aygül Bayramova və təsisçisi Aygün Rəşidova festival haqqında məlumat verərək jurnalistlərin suallarını cavablandırblar.

Qeyd olunub ki, festivalda nümayiş olunan filmlər, əsasən, gender məsələlərindən bəhs edir.

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı artıq üçüncü dəfədir ki, keçirilir və festival regional formada təşkil edilir.

Festivalda nümayiş olunan filmlər ən yaxşı beynəlxalq tammetrajlı, ən yaxşı beynəlxalq qısametrajlı və yerli sənədli film kateqoriyası üzrə yarışacaqlar. Proqrama daxil edilən bütün filmlər Azərbaycan dilində alt yazı ilə nümayiş ediləcək.

Qeyd edək ki, festival 13-20 avqust tarixlərində Bakı ilə yanaşı, Şəki və Lənkəranda da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR