Maqsud Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib

Maqsud Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib
  • Clock-gray 17:42
  • calendar-gray 29 May 2019

Prezident İlham Əliyev Maqsud Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APAxəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Maqsud Davud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Məmmədov baletmeyster və rəqs quruluşçusudur. O, 30 may 1929-cu ildə Gəncədə doğulub. Rəqslə erkən yaşlarından məşğul olub. Moskva Xoreoqrafiya Məktəbini bitirdikdən sonra 1951-1961-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti işləyib.

Xalq artisti Rəfiqə Axundova ilə evli olan M.Məmmədov 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1970-ci il mayın 21-də xalq artisti fəxri adlarına layiq görülüb.

Gülşən Hacıyeva

Digər xəbərlər

Arxiv

date