Mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli Sabirabadda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli Sabirabadda vətəndaşları qəbul edəcək
# 28 dekabr 2022 09:54 (UTC +04:00)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli Sabirabadda vətəndaşları qəbul edəcək.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, 26 yanvar 2023-cü ildə, saat 10:00-da Sabirabad şəhər Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 95) Sabirabad, Şirvan şəhərlərindən və Saatlı, Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 21 yanvar 2023-cü il tarixinə qədər nazirliyə müraciət edərək qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR