Nigeriyada Azərbaycan mətbəxi sərgilənib - FOTO

Nigeriyada Azərbaycan mətbəxi sərgilənib  - FOTO
# 05 oktyabr 2019 13:22 (UTC +04:00)

Nigeriyanın Laqos şəhərində Banana Mədəniyyət Festivalı təşkil olunub.

APA-nın məlumata görə, festival zamanı Laqos şəhərində yaşayan 18 ölkənin (Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, İtaliya, Kenya, Nigeriya, Qana, CAR, Seneqal, İngiltərə, Türkiyə, Fil Dişi Sahilləri və s.) tarixi, mədəniyyəti, mətbəxi, musiqisi tərənnüm edilib.

Müxtəlif ölkələrin səfirləri, Laqosda yerləşən dünya şöhrətli şirkətlərin nümayəndələri və Nigeriyanın mədəniyyət nazirinin iştirak etdiyi tədbirdə bu ölkədə yaşayan azərbaycanlı Billurə Bayramovanın təşkilatçılığı ilə Azərbaycan mətbəxi nümayiş etdirilib.

Festival zamanı qonaqlara təqdim olunan Azərbaycanın ləziz yeməklərindən dolma, plov, paxlava festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Bundan başqa, ölkə mediasına və qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti barəsində məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR