Ötən il Əqli Mülkiyyət Agentliyinə 271 iddia sənədi daxil olub

Ötən il Əqli Mülkiyyət Agentliyinə 271 iddia sənədi daxil olub
# 17 mart 2023 11:29 (UTC +04:00)

2022-ci ildə Əqli Mülkiyyət Agentliyinə ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı 271 iddia sənədi (əvvəlki illə müqayisədə 83 ədəd çox), o cümlədən ixtiraya aid 213, faydalı modelə aid 27, sənaye nümunəsinə aid 31 iddia sənədi daxil olub.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Qeyd olunub ki, həmçinin PCT proseduru üzrə Beynəlxalq Büroya göndərilmək üçün ixtiraya dair 10 iddia sənədi, Avrasiya Patent Təşkilatına (APT) göndərilmək üçün ixtiraya dair 39 iddia sənədi daxil olub.

İxtira və faydalı modellərin qeydiyyatı ilə bağlı PCT proseduru üzrə ixtiraya dair 39, faydalı modelǝ dair 1 iddia sənədi və konvensiya ilkinliyi istənilməklə ixtiraya dair 9, faydalı modelə dair 2 xarici iddia sənədi daxil olub. İxtiralar üzrə ekspertizanın müddəti azaldılaraq ümumi qaydaya görə 12 ay təşkil etdiyi halda orta hesabla 8-9 ay ərzində başa çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR