Qaxda yeni mədəniyyət evi istifadəyə verilib - FOTO

Qaxda mədəniyyət evi inşa edilib

© APA | Qaxda mədəniyyət evi inşa edilib

# 28 mart 2022 18:34 (UTC +04:00)

Bu gün Qax rayonu Qaxingiloy kəndində mədəniyyət evi istifadəyə verilib.

APA xəbər verir ki, mədəniyyət evi Heydər Əliyev Fondu tərəfindən inşa edilib.

Qeyd edək ki, Qaxingiloy kənd Mədəniyyət evi 1965-ci ildən fəaliyyət göstərir. Mədəniyyət evinin binası uzun illər istismarda olduğundan son dövrlər yararsız vəziyyətə düşmüşdü. 2020-ci ilin martında bina tamamilə sökülərək yerində yeni bina inşa olunub. Mədəniyyət evi zəruri mebel və avadanlıqla təchiz edilib, həyətində abadlıq işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR