Rəhman Hacıyev: “Azərbaycan Qarabağdakı dağıntıları özü aradan qaldırır"

"Azərbaycan mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfrans

© APA | "Azərbaycan mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfrans

# 20 sentyabr 2022 11:47 (UTC +04:00)

“Bizim Qarabağda gördüklərimiz urbisiddir. Yəni şəhərlərə qarşı, onların tarixiliyinə qarşı dağıdıcılıq və vandalizmdir, şəhəri öldürməkdir”.

APA xəbər verir ki, bunu "Azərbaycan mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfransda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycan Qarabağdakı bərpa işlərini kömək olmadan həyata keçirir: "Düşmən sənin tarixini, mədəniyyətini tamamilə silmək istəyir. Bu baxımdan şəhəri, onun mədəniyyətini məhv edir, tarixiliyinə zərbə vurur. Dünyada buna nümunələr var. Amma nəzərə alsaq ki, İkinci Dünya müharibəsindən sonra Avropadakı urbisidin aradan qaldırılmasına müəyyən yardım var idi. Amma Azərbaycan bu gün Qarabağdakı dağıntıları, oradakı urbisidi özü bərpa edir, özü aradan qaldırır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR