"Şuşa söhbətləri" layihəsinin növbəti görüşü baş tutub

"Şuşa söhbətləri" layihəsinin növbəti görüşü baş tutub
# 30 sentyabr 2022 12:01 (UTC +04:00)

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin "Şuşa İli" ilə əlaqədar təşkil etdiyi "Şuşa söhbətləri" (Shusha talks) layihəsinin növbəti görüşü baş tutub.

APA xəbər verir ki, görüşdə kino sənayesinin nümayəndələri, tanınmış kinoşünaslar, rejissorlar, aktyorlar, eləcə də bloger və influenserlər iştirak edib.

Çıxış edən nazirliyin audivizual və interaktiv şöbənin sektor müdiri Rüfət Əliyev son dövrlərdə kino sahəsində baş verən yeniliklərdən danışıb: "Bu 2 il ərzində ümumilikdə 74 film çəkilib. Hansı ki bunun 30-dan çoxu tammetrajlı filmdir".

Rejissor Vaqif Mustafayev "Fəryad-2" filmi haqqında danışıb. O, filmin noyabrda beynəlxalq festivalda təqdim ediləcəyini qeyd edib.

Daha sonra Şuşada çəkilişləri həyata keçirilən ekran əsərləri barədə panel təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR